Ev DünyaYeni rüsum təklifi: Bir tanker üçün əlavə 30 milyon dollar xərc nəzərdə tutulur?

Yeni rüsum təklifi: Bir tanker üçün əlavə 30 milyon dollar xərc nəzərdə tutulur?

by Baş Redaktor
64 Baxış

ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazından keçən yük gəmilərinə 20 faizlik rüsum tətbiq etmək təklifi bu marşrut üzrə neft daşımalarının dəyərini iki dəfədən çox artıra bilər.

Army.az xəbər verir ki, bu barədə The New York Times analitiklərin hesablamalarına istinadən məlumat yayıb.

Qiymətləndirmələrə görə, Hörmüz boğazı vasitəsilə neftin daşınma xərci hər barel üçün təxminən 10 dollardan 26 dollara yüksələ bilər. Bu isə iri neft tankerinin bir reysi üçün əlavə 30 milyon dollardan çox xərc yaradacaq.

Nəşr qeyd edir ki, nəqliyyat xərclərinin artması nəticədə enerji daşıyıcılarının qiymətinin yüksəlməsinə və bunun istehlakçılara da təsir etməsinə səbəb ola bilər.

banner

Əlaqəli Yazılar Xüsusi