Ev DünyaABŞ-da helikopter qəzası baş verdi: ölənlər var

ABŞ-da helikopter qəzası baş verdi: ölənlər var

by Baş Redaktor
11 Baxış

ABŞ-ın Los-Anceles şəhərində helikopterin qəzaya uğraması nəticəsində üç nəfər ölüb, bir nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Army.az xəbər verir ki, bu barədə “CBS News” məlumat yayıb.

Məlumata əsasən, qəzaya uğrayan helikopterin yerli media qurumlarından birinə məxsus olduğu bildirilir. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik açıqlanmayıb.

Helikopterin sentyabrın 15-də Los-Anceles ətrafında baş vermiş ağır yol qəzasının qeydə alındığı ərazinin yaxınlığında yerə düşdüyü qeyd olunur.

banner

Əlaqəli Yazılar Xüsusi