Ev DünyaYunanıstandan Putinə böyük jest – Bu qərarı rədd etdi

Yunanıstandan Putinə böyük jest – Bu qərarı rədd etdi

by Baş Redaktor
27 Baxış

Yunanıstan Avropa İttifaqının Rusiyaya qarşı hazırladığı 21-ci sanksiyalar paketinə razılıq verməyib.

Army.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri xəbər yayıb.

Məlumata əsasən, Afinanın etirazı Avropa Komissiyasının yeni sanksiyalar paketinə Rusiyadan mayeləşdirilmiş təbii qazın (LNG) daşınmasına məhdudiyyət nəzərdə tutan bənd əlavə etməsi ilə bağlıdır.

Nəşrin yazdığına görə, iyulun 15-də keçirilən görüşdə Aİ-yə üzv dövlətlərin səfirləri paket üzrə yekun razılığa gələ bilməyiblər. Buna görə də müzakirələrin iyulun 23-də davam etdirilməsi qərara alınıb.

banner

Əlaqəli Yazılar Xüsusi