Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkənin Milli Bankının rəhbəri Andrey Pışnıyın fəaliyyətindən getdikcə daha çox narazı qaldığı iddia olunur.
Army.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Bildirilib ki, dövlət başçısını xüsusilə Pışnıyın Beynəlxalq Valyuta Fondu (IMF) ilə sıx əməkdaşlığı narahat edir.
Məlumata əsasən, Zelenski hesab edir ki, Milli Bank rəhbəri müharibə şəraitində olan Ukrayna iqtisadiyyatına lazımi səviyyədə dəstək göstərmir və IMF-in mövqeyinə həddindən artıq yaxın dayanır.
