Gürcüstanla Rusiya arasındakı “Kazbegi – Yuxarı Lars” sərhəd-keçid məntəqəsində avtomobillərin hərəkəti müvəqqəti dayandırılıb.
Army.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat verib.
Qərara Devdoraki dərəsində suyun səviyyəsinin yüksəlməsi səbəb olub. Sərhəd-keçid məntəqəsi də məhz həmin ərazidə yerləşir:
“Devdorakidə quraşdırılmış erkən xəbərdarlıq sistemi çayın məcrasında baş verən, hətta ilkin mərhələdə müşahidə olunması çətin olan dəyişiklik qeydə alıb.
Siqnalın daxil olmasından sonra sərhəd-keçid məntəqəsində olan vətəndaşların, eləcə də patrul və sərhəd polisi əməkdaşlarının və ərazidə fəaliyyət göstərən özəl şirkətlərin nümayəndələrinin təxliyəsi həyata keçirilib.
Təhlükəsizlik məqsədilə sərhədə yaxın Gveleti kəndi ərazisində avtomobillərin hərəkətinə də məhdudiyyət qoyulub”
Qeyd edək ki, “Kazbegi – Yuxarı Lars” keçidi hazırda Gürcüstanla Rusiya arasında fəaliyyət göstərən yeganə quru sərhəd-keçid məntəqəsidir.
