Ev Ölkəİrəvan TRIPP üzrə detalları açıqladı: Bakı ilə hansı şərtlər müzakirə olunur?

İrəvan TRIPP üzrə detalları açıqladı: Bakı ilə hansı şərtlər müzakirə olunur?

by Baş Redaktor
51 Baxış

Azərbaycan və Ermənistan arasında nəqliyyat əlaqələrinin bərpası ilə bağlı müzakirələr davam edir. Hazırda tərəflər marşrutların açılması ilə yanaşı, onların qarşılıqlı istifadəsinin hansı qaydalar əsasında həyata keçiriləcəyini də müzakirə edirlər.

Army.az xəbər verir ki, bu barədə Ermənistan parlamentində hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatı Sərkis Xandanyan məlumat verib.

Məsələ parlament iclasında müxalif “Ermənistan” fraksiyasının rəhbəri Anna Qriqoryanın sualı əsasında gündəmə gəlib. Deputat Azərbaycan tərəfindən TRIPP (“Tramp marşrutu”) layihəsindən istifadə zamanı tətbiq olunacaq şərtlərin Ermənistanın Azərbaycan ərazisindən keçən nəqliyyat yollarından istifadəsinə də eyni qaydada şamil edilib-edilməyəcəyini soruşub.

Xandanyan bildirib ki, bu istiqamətdə konkret mexanizmlər hələ yekunlaşdırılmayıb və qarşılıqlılıq prinsipi üzrə müxtəlif variantlar nəzərdən keçirilir.

banner

Əlaqəli Yazılar Xüsusi