Ev Dünya100-dən çox sərnişin bir sutka hava limanında qaldı – Türkiyə reysi gecikdi

100-dən çox sərnişin bir sutka hava limanında qaldı – Türkiyə reysi gecikdi

by Baş Redaktor
18 Baxış

Rusiyadan Türkiyənin Bodrum şəhərinə həyata keçirilməli olan uçuş texniki nasazlıq səbəbindən təxirə salınıb.

Army.az xəbər verir ki, hadisə Moskvanın “Vnukovo” hava limanında “Turkish Airlines” şirkətinin reysində baş verib.

TK3155 nömrəli uçuşun 3 avqust saat 02:55-də həyata keçirilməsi planlaşdırılsa da, sərnişinlər uzun müddət gözləməli olublar.

Bildirilir ki, 100-dən çox sərnişin təyyarəyə mindirilib, lakin onlar saat 04:00-dək salonda saxlanılıb. Daha sonra texniki nasazlıq aşkarlanıb və sərnişinlər yenidən terminala qaytarılıb. Onlar üçün hotel təşkil olunub.

banner

Uçuş əvvəlcə axşam saatlarına, daha sonra isə gecə vaxtına təxirə salınıb. Nəticədə təyyarə yalnız avqustun 4-də saat 02:44-də Bodrum istiqamətində havaya qalxıb.

Əlaqəli Yazılar Xüsusi