Ev Texnologiya68 illik döyüş gəmiləri üçün yenilik – Şin və metal torlarla qorunacaq

68 illik döyüş gəmiləri üçün yenilik – Şin və metal torlarla qorunacaq

by Baş Redaktor
32 Baxış

Myanma Hərbi Dəniz Qüvvələri çay patrul gəmilərini pilotsuz uçuş aparatlarının (PUA) hücumlarından qorumaq üçün qeyri-standart müdafiə üsullarından istifadə etməyə başlayıb.

Army.az xəbər verir ki, bu barədə hərbi müşahidəçi Andrey Tarasenko məlumat verib.

Mediada yayımlanan görüntülərdə keçmiş Yuqoslaviyanın Pula şəhərində yerləşən “Uljanik” gəmiqayırma zavodunda inşa edilmiş Y301 tipli çay artilleriya gəmisi əks olunub.

Bildirilir ki, Myanma bu seriyadan ümumilikdə 10 gəmi alıb. Sözügedən gəmilər 1958-ci ildə istismara verilib və artıq təxminən 68 ildir xidmətdədir.

banner

PUA təhlükəsini azaltmaq məqsədilə gəminin bort hissələri avtomobil şinləri ilə örtülüb.

Əlaqəli Yazılar Xüsusi