Ev Gündəm8 nəfərin həyatına son qoyan hücum: Şübhəlinin motivi ilə bağlı iddia

8 nəfərin həyatına son qoyan hücum: Şübhəlinin motivi ilə bağlı iddia

by Baş Redaktor
62 Baxış

Türkiyənin Afyonkarahisar vilayətində 8 nəfərin həyatını itirdiyi silahlı hücumun səbəbləri ilə bağlı yeni iddialar ortaya çıxıb.

Army.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Xəbərə görə, hadisənin şübhəlisi Arif Sefa Özdemirin həmyerlisi Ali İhsan Adatepe qətliamın başvermə səbəbləri barədə diqqətçəkən açıqlamalar verib.

Adatepenin iddiasına əsasən, şübhəli şəxs əvvəllər borc mübahisəsi zəminində onu döymüş şəxslərə qarşı pusqu qurub. Daha sonra hadisə yerindən qaçmağa çalışarkən avtomobillərini ələ keçirmək istədiyi digər şəxslərə, o cümlədən qadın müəllimlərə atəş açıb.

banner

Adatepe bu məlumatların şəxsi müşahidələrinə deyil, eşitdiyi məlumatlara əsaslandığını bildirib.

Hadisənin motivləri və hücumun bütün təfərrüatlarının müəyyənləşdirilməsi istiqamətində araşdırma davam edir.

Hadisənin əsas səbəbinin kombayn işi ilə məşğul olan şəxslərlə yaşanan borc-alacaq mübahisəsi olduğunu irəli sürən Adatepe, şübhəlinin daha əvvəl həmin şəxslər tərəfindən döyüldüyünü iddia edib.

Əlaqəli Yazılar Xüsusi