Ev DünyaRobert Köçəryanın oğlu Sedrak Köçəryan həbs edildi

Robert Köçəryanın oğlu Sedrak Köçəryan həbs edildi

by Baş Redaktor
30 Baxış

Ermənistanda keçmiş prezident Robert Köçəryanın böyük oğlu Sedrak Köçəryan barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib. Qərarı ölkənin Antikorrupsiya Məhkəməsi qəbul edib.

Army.az xəbər verir ki, bu barədə “News.am” vəkil Aleksandr Koçubayevin açıqlamasına istinadən xəbər yayıb.

Vəkil bildirib ki, Sedrak Köçəryanın həbs müddətində ailə üzvləri ilə, konkret olaraq həyat yoldaşı və övladları ilə görüşməsinə icazə veriləcək.

Qeyd edək ki, Ermənistanın Antikorrupsiya Komitəsi daha əvvəl cinayət işi çərçivəsində saxlanılan altı şəxsin həbsdə saxlanılması ilə bağlı məhkəməyə müraciət edib. İş üzrə xüsusilə külli miqdarda çirkli pulların yuyulması, vəzifə səlahiyyətlərindən sui-istifadə və külli miqdarda rüşvət alınması ilə bağlı araşdırma aparılır.

banner

Əlaqəli Yazılar Xüsusi