Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff Moskvaya səfər edib. Rusiya tərəfinin açıqlamasına görə, səfər iki ölkənin xüsusi xidmət orqanları arasında əlaqələrin davam etdirilməsi ilə bağlı olub.
Army.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat yayıb.
O bildirib ki, Retkliffin səfəri çərçivəsində prezident Vladimir Putinlə görüş nəzərdə tutulmayıb və belə bir görüş baş tutmayıb.
Kremlin nümayəndəsi CİA direktorunun Moskvada kimlərlə görüşdüyü və danışıqlar zamanı hansı məsələlərin müzakirə edildiyi barədə isə əlavə açıqlama verməyib.
Retkliffin səfəri ABŞ və Rusiya arasında yüksək səviyyəli təmasların davam etdiyi bir vaxtda baş verib. Onun Moskvaya gəlişi ABŞ mediasında əvvəlcədən elan olunmamış səfər kimi təqdim edilib.
