Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna ilə bağlı sülh danışıqlarının yenidən başlaması məqsədilə Qərb ölkələrinin liderləri ilə diplomatik təmaslarını davam etdirir.
Army.az xəbər verir ki, bu barədə “RIA Novosti” agentliyinə açıqlama verən Türkiyə hökumətindəki mənbə məlumat verib.
Mənbənin bildirdiyinə görə, Ankara münaqişənin tərəfləri və digər maraqlı ölkələrlə fəal diplomatik əlaqələri qoruyur. Qeyd olunub ki, Moskva ilə Kiyev arasında danışıqlar masasının yenidən qurulması Türkiyə rəhbərliyinin əsas xarici siyasət prioritetlərindən biri olaraq qalır.