Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili məhkəmədə çıxışı zamanı Bidzina İvanişvilinin idarəçilik fəaliyyətini sərt şəkildə tənqid edib.
Army.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Saakaşvilinin sözlərinə görə, İvanişvili nəinki dövlət idarəçiliyində, hətta sərt siyasi rejim qurmaq baxımından belə gözlənilən nəticəni əldə edə bilməyib. O hesab edir ki, klassik diktatura anlayışı ciddi və sərt idarəetmə mexanizmlərini nəzərdə tutur, İvanişvilinin siyasəti isə, onun fikrincə, ölkədə xaosun dərinləşməsinə gətirib çıxarır.
Sabiq prezident çıxışında Gürcüstanın gələcəyi ilə bağlı da narahatlığını ifadə edib. O, ölkənin funksionallığını itirmiş siyasi sistemə çevrilməsi təhlükəsindən danışaraq, mövcud vəziyyətin Rusiya ilə bağlı yanaşmaların təsiri altında formalaşdığını iddia edib.
O, çıxışının sonunda təhlükəsizlik, narkotiklərlə mübarizə və cinayətkarlığın azaldılması məsələlərinə toxunaraq, ölkədə insanların daha təhlükəsiz mühitdə yaşamalı olduğunu vurğulayıb.
