Cənubi Koreya Xarici İşlər Nazirliyi Ukraynanın ölkədəki səfiri vəzifəsini icra edən Andrey Veşkini quruma çağırıb.
Army.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Diplomatın XİN-ə çağırılması Kiyevin iki Şimali Koreya hərbi əsirinin Cənubi Koreyaya təhvil verildiyini açıqlamasından sonra baş verib.
Seul hesab edir ki, Ukrayna əsirlərin təhvil verilməsi prosesinin məxfi saxlanılması və Şimali Koreya hərbçilərinin təhlükəsizliyinin qorunması ilə bağlı razılaşmanı pozub. Bu səbəbdən Cənubi Koreya tərəfi Ukrayna diplomatından XİN-ə dərhal gəlməsini tələb edib.
Bununla yanaşı, Ukrayna mediası prezident administrasiyasındakı mənbəyə istinadən Kiyev və Seul arasında belə bir məxfilik sazişinin ümumiyyətlə mövcud olmadığını bildirib.
