Ermənistan Avropa İttifaqı ilə münasibətlərin daha da inkişaf etdirilməsində maraqlı olduğunu açıqlayıb.
Army.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Ermənistan-Aİ əməkdaşlığının hazırkı gündəliyi nəzərdən keçirilib. Tərəflər, həmçinin təhlükəsizlik sahəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.
Ermənistan tərəfi Aİ ilə tərəfdaşlığın dərinləşdirilməsinin hökumətin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb.
