Ev DünyaErmənistan KTMT-dən çıxmayıb: Baş katib statusu açıqladı

Ermənistan KTMT-dən çıxmayıb: Baş katib statusu açıqladı

by Baş Redaktor
65 Baxış

KTMT baş katibi Taalatbek Masadikov Ermənistanın təşkilatın fəaliyyətində faktiki olaraq iştirak etmədiyini, buna baxmayaraq hüquqi baxımdan üzvlüyünü qoruduğunu açıqlayıb.

Army.az xəbər verir ki, Masadikov bu barədə TASS-a müsahibəsində danışıb.

Onun sözlərinə görə, Ermənistan son illər KTMT çərçivəsində keçirilən müzakirələrə qoşulmur. Bundan əlavə, İrəvan təşkilatın müəyyən edilmiş kvotaları üzrə əməkdaş və hərbçilər göndərmir. Baş katib bildirib ki, Ermənistan artıq üç ildir KTMT-yə üzvlük haqqı da ödəmir.

Masadikov qeyd edib ki, bütün bunlara baxmayaraq, Ermənistanın təşkilatdakı hüquqi statusu dəyişməyib və ölkə hələ də KTMT-nin üzvü hesab olunur.

banner

KTMT baş katibi Ermənistanın təşkilatın inkişafında vaxtilə mühüm rol oynadığını da vurğulayıb. O, müxtəlif dövrlərdə erməni cəmiyyətinin ölkə rəhbərliyinin irəli sürdüyü təşəbbüsləri dəstəklədiyini bildirib.

Əlaqəli Yazılar Xüsusi