Ev DünyaKöçəryanla bağlı kritik qərar: 9 epizod üzrə ittiham irəli sürüldü

Köçəryanla bağlı kritik qərar: 9 epizod üzrə ittiham irəli sürüldü

by Baş Redaktor
63 Baxış

Ermənistan Baş Prokurorluğu ölkənin sabiq prezidenti Robert Köçəryanın cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı müddətlərin başa çatmadığını açıqlayıb.

Army.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu avqustun 25-də məlumat yayıb.

Sabiq prezident vəzifə səlahiyyətlərindən sui-istifadə etmə üzrə 3, xüsusilə külli miqdarda rüşvət alma üzrə 2, xüsusilə külli miqdarda pul yuma üzrə isə 4 epizodda ittiham olunur.

Prokurorluq xüsusi olaraq vurğulayıb ki, Köçəryanın cinayət məsuliyyətinə cəlb edilməsi üzrə qanunla müəyyən edilmiş müddətlər hələ başa çatmayıb.

banner

Əlaqəli Yazılar Xüsusi