Ev DünyaPaşinyandan anklavlarla bağlı açıq etiraf: “Ermənistan ərazisinə daxil deyil”

Paşinyandan anklavlarla bağlı açıq etiraf: “Ermənistan ərazisinə daxil deyil”

by Baş Redaktor
109 Baxış

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhəddə yerləşən anklav kəndlərin statusu ilə bağlı açıqlama verib.

Army.az xəbər verir ki, Paşinyan Kərki, Yuxarı Əskipara və Barxudarlının Azərbaycana aid olduğunu və Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisinə daxil edilmədiyini bildirib.

Onun sözlərinə görə, Ermənistanın beynəlxalq səviyyədə tanınan ərazisi 29 743 kvadrat kilometr təşkil edir və bu göstəriciyə Azərbaycanın qeyd olunan üç anklav kəndi daxil deyil.

Paşinyan bildirib ki, Ermənistanın ərazisinin bu rəqəmdən daha böyük olduğunu iddia etmək ciddi nəticələrə səbəb ola bilər.

banner

“Ermənistanın 29 743 kvadrat kilometr ərazisi beynəlxalq səviyyədə tanınıb və bu hesablamaya Azərbaycanın üç anklav kəndi daxil deyil. Əgər biz bunu nəzərə almasaq və ərazimizin, məsələn, 29 755 kvadrat kilometr olduğunu iddia etsək, bu, müharibə elan etmək demək olardı”, – Paşinyan deyib.

Əlaqəli Yazılar Xüsusi