Ermənistan Baş Prokurorluğu ölkənin sabiq prezidenti Robert Köçəryanın cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı müddətlərin başa çatmadığını açıqlayıb.
Army.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu avqustun 25-də məlumat yayıb.
Sabiq prezident vəzifə səlahiyyətlərindən sui-istifadə etmə üzrə 3, xüsusilə külli miqdarda rüşvət alma üzrə 2, xüsusilə külli miqdarda pul yuma üzrə isə 4 epizodda ittiham olunur.
Prokurorluq xüsusi olaraq vurğulayıb ki, Köçəryanın cinayət məsuliyyətinə cəlb edilməsi üzrə qanunla müəyyən edilmiş müddətlər hələ başa çatmayıb.
