Ev Hərbi XəbərlərƏraqçi: “Bölgəni bu vəziyyətə onlar salıb”

Əraqçi: “Bölgəni bu vəziyyətə onlar salıb”

by Baş Redaktor
53 Baxış

İranın xarici işlər naziri Abbas Əraqçi Yaxın Şərqdə yaranmış mürəkkəb vəziyyətin əsas səbəblərindən birinin ABŞ və İsrailin siyasəti olduğunu bildirib.

Army.az xəbər verir ki, Əraqçi bu barədə Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani ilə keçirdiyi görüş zamanı danışıb.

Onun sözlərinə görə, bölgədəki hazırkı durum ABŞ və İsrailin həyata keçirdiyi hücumlarla yanaşı, Vaşinqtonun İrana qarşı dəniz blokadasını və iqtisadi təzyiqləri davam etdirməsi ilə əlaqədardır:

“Təəssüf ki, ABŞ və İsrail bəzi region ölkələrinin müşayiəti ilə İrana hücum edib və Hörmüz boğazında qeyri-sabitlik yaranıb. İran müharibənin başa çatması ilə bağlı anlaşmaya (İslamabad Anlaşma Memorandumu), o cümlədən sənədin 5-ci bəndinə əsasən, öz öhdəliklərini yerinə yetirirdi, lakin ABŞ əhdini pozaraq anlaşmanın icra prosesinə xələl gətirib və bu yaxınlarda da iqtisadi hücumun yeni dalğasını elan edib”.

banner

Əlaqəli Yazılar Xüsusi