Ev Hərbi XəbərlərLavrov Ermənistanın Aİ-yə üzvlüyü məsələsinə toxundu: “Nəyi seçirsiniz?”

Lavrov Ermənistanın Aİ-yə üzvlüyü məsələsinə toxundu: “Nəyi seçirsiniz?”

by Baş Redaktor
60 Baxış

Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistanın Avropa İttifaqına üzvlüyü ilə bağlı referendum keçirilməsi məsələsində Baş nazir Nikol Paşinyanın mövqeyini tənqid edib.

Army.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Lavrov bildirib ki, Paşinyanın referendum məsələsinin yalnız Aİ-yə üzvlük üçün rəsmi müraciət edildikdən və bununla bağlı “yol xəritəsi” hazırlandıqdan sonra müzakirə oluna biləcəyini söyləməsi onun Ermənistan xalqına kifayət qədər güvənmədiyini göstərir.

“Ədalətli seçim lazımdır. Nəyi seçirsiniz? Son üç ildə Ermənistanın ticarət dövriyyəsi 6 milyarddan çox, yalnız bir il ərzində isə 12 milyard təşkil edib. Ümumilikdə, Ermənistan Avrasiya İqtisadi İttifaqının (Aİİ) sayəsində inkişaf edib”, – deyə Lavrov qeyd edib.

banner

Əlaqəli Yazılar Xüsusi