Ev DünyaNorveçdə 35 illik hakimiyyət başa çatdı – Kral V Harald vəfat etdi

Norveçdə 35 illik hakimiyyət başa çatdı – Kral V Harald vəfat etdi

by Baş Redaktor
57 Baxış

Norveç Kralı V Harald 89 yaşında vəfat edib.

Army.az xəbər verir ki, bu barədə Norveç Kral Sarayı məlumat yayıb.

Sarayın açıqlamasına görə, monarx avqustun 28-də səhər saat 06:35-də Oslodakı universitet xəstəxanasında dünyasını dəyişib.

Kral son günlərdə ciddi səhhət problemləri ilə əlaqədar xəstəxanada müalicə olunurdu. O, hemolitik anemiya səbəbindən avqustun 17-də xəstəxanaya yerləşdirilmişdi. Sonrakı mərhələdə qan dövranında bakterial infeksiya da aşkarlanmışdı. Avqustun 27-də isə Kral Sarayı onun vəziyyətinin “son dərəcə ağır” olduğunu açıqlamışdı.

banner

V Harald 1991-ci ildə taxta çıxıb və 35 ildən çox müddətdə Norveçin kralı olub. O, ölümünədək Avropanın ən yaşlı hakim monarxı hesab edilirdi.

Əlaqəli Yazılar Xüsusi