Ev Hərbi XəbərlərTrampın Hörmüz paylaşımı gündəm oldu: İrandan sərt reaksiya

Trampın Hörmüz paylaşımı gündəm oldu: İrandan sərt reaksiya

by Baş Redaktor
121 Baxış

İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazı ilə bağlı paylaşımını sərt şəkildə tənqid edib.

Army.az xəbər verir ki, Qəribabadi Trampın boğazı “Yeni Amerika ərazisi” kimi təqdim etməsinə münasibət bildirərkən ABŞ liderini reallığı təhrif etməkdə və illüziyaya qapılmaqda ittiham edib.

“Şizofreniya düşüncə pozuntusu və reallığın təhrif olunmuş şəkildə qavranılması ilə özünü göstərən mürəkkəb və kəskin psixoloji pozuntudur. Onun ən geniş yayılmış əlamətləri isə illüziya və sayıqlamadır. Psixoloqlar belə xəstələrin 24 saat nəzarət altında saxlanılmasını və müalicə olunmasını tövsiyə edirlər”, – deyə İran rəsmisi bildirib.

Əlaqəli Yazılar Xüsusi