Ev Hərbi Xəbərlər“Avropa Ukrayna üçün istehsal bazasına çevrilir” – Qonçar

“Avropa Ukrayna üçün istehsal bazasına çevrilir” – Qonçar

by Baş Redaktor
126 Baxış

Rusiyanın Brüsseldəki səfiri Denis Qonçar Avropanın Ukrayna ordusunun təminatında rolunun getdikcə artdığını iddia edib.

Army.az xəbər verir ki, Diplomat “RİA Novosti”yə açıqlamasında Avropa ölkələrinin artıq Kiyevə yalnız hərbi yardım göstərməklə kifayətlənmədiyini bildirib.

Qonçarın sözlərinə görə, Avropada Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün silah istehsalının və müdafiə sənayesi müəssisələrinin yerləşdirilməsi prosesi genişlənir. O, bu tendensiyanın Avropanı Ukrayna ordusu üçün “strateji arxa cəbhə”, hətta Ukrayna cəbhəsinin bir hissəsinə çevirdiyini söyləyib.

Rusiya diplomatının fikrincə, söhbət artıq ənənəvi hərbi yardımdan daha geniş prosesdən gedir və Avropa ölkələri Ukraynanın müdafiə sənayesinin istehsal imkanlarının formalaşdırılmasında daha fəal iştirak edir.

banner

Əlaqəli Yazılar Xüsusi