Ev Dünyaİslandiya Aİ-yə “yox” dedi – referendumun nəticəsi açıqlandı

İslandiya Aİ-yə “yox” dedi – referendumun nəticəsi açıqlandı

by Baş Redaktor
130 Baxış

İslandiyada keçirilən referendumda seçicilərin əksəriyyəti Avropa İttifaqına üzvlüklə bağlı danışıqların yenidən başlanmasına qarşı çıxıb.

Army.az xəbər verir ki, seçicilərin 52,8 faizi danışıqların bərpasına “xeyr” deyib. Təklifə dəstək verənlərin payı isə 47,2 faiz təşkil edib.

Referendumda əsas müzakirə mövzularından biri balıqçılıq olub. Aİ-yə üzvlüyün tərəfdarları iqtisadi və siyasi üstünlükləri önə çıxarsalar da, əleyhdarlar Brüsselin balıqçılıq siyasətinin ölkənin bu sahədəki nəzarətinə təsir göstərə biləcəyindən narahat olduqlarını bildiriblər. İslandiya hazırda Aİ üzvü olmasa da, Avropa İqtisadi Zonasının və Şengen məkanının tərkibindədir.

İslandiya Aİ-yə üzvlük üçün ilk müraciətini 2009-cu ildə edib. Lakin üzvlüklə bağlı danışıqlar sonrakı illərdə dayandırılıb. 2026-cı il referendumunda isə məsələ ölkənin birbaşa Aİ-yə qəbul olunması deyil, üzvlük danışıqlarının yenidən başlanıb-başlanmaması olub.

banner

Əlaqəli Yazılar Xüsusi