Ev DünyaABŞ-da yeni sanksiya layihəsi mübahisə doğurdu

ABŞ-da yeni sanksiya layihəsi mübahisə doğurdu

by Baş Redaktor
19 Baxış

ABŞ Konqresinin Nümayəndələr Palatasında Demokratların Rusiya və İrana qarşı əlavə sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsini dəstəkləməyəcəyi gözlənilir.

Army.az xəbər verir ki, bu barədə “Politico” qəzeti məlumat yayıb.

Bildirilib ki, Demokratlar sənədin ABŞ Prezidenti Donald Trampa gömrük tarifləri ilə bağlı daha geniş səlahiyyətlər verə biləcəyindən narahatdırlar.

Qeyd olunur ki, mərhum senator Lindsi Qreminin də iştirakı ilə hazırlanan qanunvericilik təşəbbüsü Rusiyanın enerji resurslarını ən çox alan beş ölkəyə qarşı 100 faizlik tariflərin tətbiqini, həmçinin Rusiyadan ABŞ-a idxal olunan bütün məhsullara 500 faizlik rüsum qoyulmasını təklif edir.

banner

Əlaqəli Yazılar Xüsusi