Ev Hərbi XəbərlərFidan : “Artıq onları dayandırmaq lazımdır”

Fidan : “Artıq onları dayandırmaq lazımdır”

by Baş Redaktor
140 Baxış

Türkiyənin xarici işlər naziri Hakan Fidan İsrailin Baş naziri Benyamin Netanyahunun siyasətini sərt şəkildə tənqid edib.

Army.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Fidan Netanyahunun yalnız Türkiyə üçün deyil, beynəlxalq təhlükəsizlik baxımından da ciddi təhdid yaratdığını bildirib:

“Bəşəriyyətin, beynəlxalq ictimaiyyətin və təhlükəsizliyin ortaq düşməninə çevrilmiş Netanyahu ciddiyə alınacaq bir insan deyil”.

banner

Onun sözlərinə görə, Netanyahu ilə eyni istiqamətdə hərəkət edən şəxslərin fəaliyyəti qlobal təhlükəsizlik üçün risk yaradır və onların qarşısının alınması artıq zərurətə çevrilib.

Fidan beynəlxalq ictimaiyyətə də çağırış edib.

“Beynəlxalq sistem Netanyahu təhdidinə qarşı mübarizə aparmalıdır. Mənim mesajım budur”, – deyə nazir əlavə edib.

Əlaqəli Yazılar Xüsusi