Ev Dünyaİrandan Xəzərlə bağlı diqqətçəkən material: Tehranın hansı tələbləri var?

İrandan Xəzərlə bağlı diqqətçəkən material: Tehranın hansı tələbləri var?

by Baş Redaktor
65 Baxış

İranın dövlət informasiya agentliyi İRNA Xəzərin hüquqi statusu və ölkənin Xəzərdəki hüquqları ilə bağlı geniş material dərc edib.

Army.az xəbər verir ki, yazıda Xəzərin hüquqi statusuna dair Konvensiyanın müddəaları, İranın tez-tez gündəmə gətirdiyi “50 faizlik pay” məsələsi, dəniz dibinin və yeraltı sərvətlərin bölüşdürülməsi kimi mövzulara diqqət çəkilir.

Materialda, həmçinin Transxəzər qaz kəməri layihəsi və Konvensiyanın imzalanmasından səkkiz il sonra ratifikasiya edilməsinin mümkün nəticələri barədə məsələlər nəzərdən keçirilir.

İran mediasında bu mövzu ətrafında ölkə daxilində aparılan ictimai müzakirələrə də geniş yer verilir. Xüsusilə İranın Xəzərdəki hüquqlarının hansı formada müəyyənləşdirildiyi və Konvensiyanın qüvvəyə minməsinin Tehranın mövqeyinə necə təsir göstərə biləcəyi ilə bağlı müxtəlif fikirlər səsləndirilir.

banner

Əlaqəli Yazılar Xüsusi