Ev Hərbi Xəbərlər“Müharibə istəmirik, amma yaxşı döyüşməyi bacarırıq” – Arif

“Müharibə istəmirik, amma yaxşı döyüşməyi bacarırıq” – Arif

by Baş Redaktor
59 Baxış

İranın birinci vitse-prezidenti Məhəmmədrza Arif ölkəsinin müharibəyə can atmadığını, lakin qarşıdurma vəziyyətində özünü müdafiə etməyə hazır olduğunu bildirib.

Army.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

“Müharibə tərəfdarı olmamaq və yaxşı döyüşmək İran İslam Respublikasının dəyişməz mövqeyidir”, – Arif deyib.

O vurğulayıb ki, İran milli maraqları və ölkənin mənafeyi ilə bağlı məsələlərdə geri addım atmaq niyyətində deyil. Bununla yanaşı, vitse-prezident ABŞ-la dialoqun tərəfdarı olduqlarını qeyd edib.

banner

Arif bəzi ölkələrin məhdud imkanlarının Qərbin qanunsuz maraqlarının təmin edilməsinə yönəldiyini iddia edib. Onun sözlərinə görə, bu şəraitdə region dövlətləri arasında, eləcə də müxtəlif beynəlxalq qurumlar çərçivəsində ictimai diplomatiyanın inkişaf etdirilməsi vacibdir.

İran rəsmisi mədəniyyətin də humanist məqsədlərə çatmaq və xalqlar arasında əlaqələri gücləndirmək üçün təsirli vasitələrdən biri olduğunu vurğulayıb.

Əlaqəli Yazılar Xüsusi