Ev DünyaZaxarovadan İtaliyaya sərt ittiham: “Bu, ölkə üçün rüsvayçılıqdır”

Zaxarovadan İtaliyaya sərt ittiham: “Bu, ölkə üçün rüsvayçılıqdır”

by Baş Redaktor
70 Baxış

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukraynanın keçmiş müdafiə naziri Mixaylo Fedorovun İtaliya müdafiə naziri Quido Krozettonun müşaviri təyin edilməsini sərt tənqid edib.

Army.az xəbər verib ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Zaxarovanın sözlərinə görə, Fedorovun müdafiə innovasiyaları üzrə məsləhətçi vəzifəsinə gətirilməsi İtaliya üçün “rüsvayçılıqdır”.

Rusiya XİN-in nümayəndəsi iddia edib ki, bu qərar İtaliya hökumətinin öz xalqına hörmətsizliyini və ölkədə innovasiya sahəsində mütəxəssislərin çatışmazlığını göstərir.

banner

Qeyd edək ki, Mixaylo Fedorov avqustun 28-də İtaliyanın müdafiə naziri Quido Krozettonun müşaviri təyin olunub. O, yeni vəzifəsi ilə yanaşı, Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsinə yönəlmiş layihələr üzərində fəaliyyətini davam etdirəcək.

Əlaqəli Yazılar Xüsusi