Ev Dünyaİsrail müdafiə naziri: İran hücum etsə, sərt cavab verəcəyik

İsrail müdafiə naziri: İran hücum etsə, sərt cavab verəcəyik

by Baş Redaktor
12 Baxış

İsrail İran tərəfindən mümkün hücuma qarşı tam hazırlıq vəziyyətindədir.

Army.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Kats açıqlayıb.

Nazirin sözlərinə görə, İranın İsraili hədəfə alacağı təqdirdə ölkəsi digər dövlətlərin dəstəyindən asılı olmayaraq, Tehrana sərt cavab verəcək.

Kats bildirib ki, İsrail Silahlı Qüvvələri və Hərbi Hava Qüvvələri həm müdafiə, həm də hücum əməliyyatlarını həyata keçirməyə hazırdır. O qeyd edib ki, İrandan mümkün zərbə endiriləcəyi halda İsrail qırıcıları dərhal havaya qalxmağa hazır vəziyyətdə saxlanılır.

banner

İsrail müdafiə naziri ABŞ-la İran arasındakı qarşıdurmanın gedişatının hər gün diqqətlə izlənildiyini də vurğulayıb. Onun sözlərinə görə, Tehran yəhudi bayramları zamanı İsrailə qarşı hücuma cəhd göstərə bilər.

Kats əlavə edib ki, İran hazırkı qarşıdurma çərçivəsində regionun müxtəlif nöqtələrinə zərbələr endirsə də, indiyədək birbaşa İsraili hədəf almayıb.

Əlaqəli Yazılar Xüsusi