Ev Hərbi XəbərlərTramp bu ölkəni hədəf aldı : “Vəziyyət pisləşəcək”

Tramp bu ölkəni hədəf aldı : “Vəziyyət pisləşəcək”

by Baş Redaktor
37 Baxış

ABŞ Prezidenti Donald Tramp Kanada ilə bağlı sərt açıqlamalar verərək ölkəni Vaşinqtonun tarif siyasətini ən çox pozan dövlətlərdən biri kimi təqdim edib.

Army.az xəbər verir ki, Tramp “Truth Social” platformasındakı paylaşımında Kanada məhsullarına münasibətini açıq şəkildə ifadə edib.

O, ölkədən avtomobil və ehtiyat hissələrinin idxalını istəmədiyini, ümumiyyətlə Kanada məhsullarının ABŞ bazarında olmasına qarşı olduğunu bildirib.

Amerika lideri Kanadanın uzun illər ərzində ABŞ-a qarşı ədalətsiz ticarət siyasəti apardığını iddia edib və bu vəziyyətin artıq dəyişəcəyini vurğulayıb.

banner

Tramp həmçinin Kanadanın dövlət kimi ABŞ-la bərabər münasibət tələb etməsinə etiraz edib. O, ABŞ ərazisində fəaliyyət göstərən Kanada şirkətlərinə bizneslərini ölkə daxilində yerləşdirmələri barədə çağırış edib.

Əlaqəli Yazılar Xüsusi