“Ermənistan Rusiyanın Gümrü şəhərində yerləşən 102-ci hərbi bazasını ölkədən çıxarması qərarına qarşı çıxmayacaq”.
Army.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
Onun sözlərinə görə, hazırda sözügedən hərbi baza İrəvan üçün xüsusi əhəmiyyət daşımır:
“Moskva hərbi kontingentin Ermənistandan çıxarılması barədə qərar qəbul edərsə, Ermənistan hökuməti buna etiraz etməyəcək”.
Məsələ ilə bağlı bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin də açıqlama vermişdi. Putin sentyabrın 1-də bildirib ki, Ermənistan rəhbərliyi ölkədə Rusiya hərbi bazasının mövcudluğuna ehtiyac görmürsə, Moskva qüvvələrini geri çəkməyə hazırdır.
