Ermənistan hökuməti Rusiya vətəndaşları üçün viza rejiminin tətbiqini nəzərdən keçirmir.
Army.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
O, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın bu məsələ ilə bağlı açıqlamasına münasibət bildirərkən İrəvanda belə bir təşəbbüsün müzakirə olunmadığını deyib.
Paşinyan Ermənistanın rusiyalı turistlər üçün açıq olduğunu vurğulayıb və ölkəyə Rusiyadan gələn turistlərin turizm sektorunda mühüm rol oynadığını qeyd edib.
“Bunu haradan çıxardılar, bunu kim müzakirə edib? Bizim belə bir şey etmək niyyətimiz yoxdur. Əksinə, Rusiyadan gələn turistləri böyük məmnuniyyətlə qarşılayırıq”, – Paşinyan bildirib.
Baş nazir əlavə edib ki, Rusiyadan gələn turistlər Ermənistanın turizm imkanlarının tanıdılmasında fəal iştirak edirlər.
