Ev DünyaAİ-nin Ermənistanla bağlı şərtləri üzə çıxdı

Aİ-nin Ermənistanla bağlı şərtləri üzə çıxdı

by Baş Redaktor
27 Baxış

Avropa İttifaqının Ermənistan hakimiyyətindən Rusiya vətəndaşlarına qarşı viza rejiminin tətbiqini tələb etdiyi iddia olunur.

Army.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Bildirilib ki, bu məsələ Ermənistanla Aİ arasında viza rejiminin sadələşdirilməsi prosesinin şərtlərindən biri kimi gündəmə gətirilib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə sentyabrın 3-də açıqlamasında bildirib ki, Ermənistanın Rusiya vətəndaşları üçün viza tətbiq etməsi Moskvanın deyil, ilk növbədə Ermənistan vətəndaşlarının maraqlarına zidd olacaq.

banner

Qərbin İrəvandan əsas gözləntilərindən biri Rusiya ilə viza rejiminin tətbiq edilməsidir. Məlumata əsasən, Ermənistan hakimiyyəti belə bir prosesin 2029-cu ildə başlaya biləcəyini açıqlayıb.

Əlaqəli Yazılar Xüsusi