Ermənistanın Baş naziri Nikol Paşinyan son səkkiz il ərzində baş nazir vəzifəsində olduğu dövrlə bağlı diqqətçəkən açıqlama verib.
Army.az xəbər verir ki, Paşinyan Təhlükəsizlik Şurasının keçmiş katibi Armen Qriqoryanın kitabının təqdimat mərasimində çıxışı zamanı bildirib ki, vəzifədə olduğu müddətdə bu qərarından peşmanlıq hissi keçirdiyi anlar olub.
“Gizlətmirəm, son səkkiz ildə elə vaxtlar yaşanıb ki, baş nazir olduğum günə lənət oxumuşam”, – deyə Paşinyan qeyd edib.
Baş nazir bunun təkcə bir dəfə baş vermədiyini vurğulayıb. O, tədbirdə iştirak edən hökumət üzvlərinə müraciət edərək onların hansı məqamı nəzərdə tutduqları ilə bağlı ironik sual səsləndirib:
“Bilmirəm, siz hansı günə lənət oxumusunuz – mənim baş nazir olmağıma, yoxsa sizin həmin vəzifəyə təyin edilməyinizə?”
