İndoneziyanın Şərqi Yava əyalətində yerləşən Semeru vulkanında püskürmə baş verib.
Army.az xəbər verir ki, bu barədə “Antara” agentliyi məlumat yayıb.
Bildirilib ki, hadisə zamanı yaranan kül buludu vulkanın zirvəsindən təxminən 1 kilometr yüksələrək dəniz səviyyəsindən 4 676 metr hündürlüyə çatıb.
Püskürmənin ardından tünd-boz rəngli kül kütlələri şərq istiqamətində yayılıb. Vulkanın fəaliyyəti ərazidə qızmar süxurların və daş parçalarının atılması riskini də artırıb.
Təhlükəsizlik məqsədilə Semerunun kraterindən 5 kilometr məsafədə insanların, o cümlədən turistlərin və yerli sakinlərin olmasına icazə verilmir.
