Ev Hərbi XəbərlərLavrov: “Müharibə bitməlidir, amma…”

Lavrov: “Müharibə bitməlidir, amma…”

by Baş Redaktor
14 Baxış

Rusiya xarici işlər naziri Sergey Lavrov Ukrayna müharibəsinin başa çatdırılması ilə bağlı Moskvanın mövqeyini açıqlayıb.

Army.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Lavrovun sözlərinə görə, müharibə elə nəticələnməlidir ki, Avropada nasizmin yenidən yayılmasının qarşısı alınsın. O, hazırda Avropada nasizmin “yenidən metastazlarını yaydığını” iddia edib.

Rusiyanın xarici siyasət idarəsinin əsas vəzifələrindən birinin hərbi əməliyyatlara diplomatik və siyasi dəstək göstərmək olduğunu bildirən Lavrov, Moskvanın müharibənin başa çatdırılması ilə bağlı mövqeyinin izah edildiyini qeyd edib.

banner

Nazir bildirib ki, Rusiya münaqişənin 2024-cü ildə Prezident Vladimir Putin tərəfindən irəli sürüldüyünü söylədiyi şərtlər əsasında başa çatdırılmasını istəyir.

Əlaqəli Yazılar Xüsusi