Ev DünyaPaşinyan komandasına əsəbiləşdi: “Səhvlərinizi nə qədər mən düzəldim?”

Paşinyan komandasına əsəbiləşdi: “Səhvlərinizi nə qədər mən düzəldim?”

by Baş Redaktor
10 Baxış

Ermənistanın Baş naziri Nikol Paşinyanın komanda üzvlərinin bəzi açıqlama və davranışlarından narazı qalaraq onlara sərt irad bildirdiyi iddia olunur.

Army.az xəbər verir ki, bu barədə Ermənistanın “İravunk” nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, Paşinyan srağagün yeni seçilən deputatlarla yanaşı, bir sıra digər şəxslərin də fəaliyyətindən narazılığını ifadə edib.

İddiaya əsasən, baş nazir komanda üzvlərinin səsləndirdiyi fikirlərə və yol verdikləri səhvlərə kəskin reaksiya göstərib.

banner

“İravunk” Paşinyanın görüş zamanı komanda üzvlərinə “Ağlınız çatmırsa, səsinizi çıxarmayın, nə qədər olar ki, sizin səhvlərinizi mən düzəldim? Danışmayın, çətindir?” – dediyini yazıb.

Əlaqəli Yazılar Xüsusi