Ev TexnologiyaABŞ-da F-16 qəzasının səbəbi məlum oldu: Pilot son anda xəbərdarlıq edib

ABŞ-da F-16 qəzasının səbəbi məlum oldu: Pilot son anda xəbərdarlıq edib

by Baş Redaktor
27 Baxış

ABŞ-ın Miçiqan ştatında qəzaya uğrayan F-16 qırıcısının pilotu hadisədən əvvəl təyyarənin quşla toqquşduğunu bildirib.

Army.az xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.

Nəşrin məlumatına görə, pilot hava hərəkətini idarə edən dispetçerlə əlaqə saxlayaraq quşla toqquşmadan sonra qırıcının mühərrikinin işləmədiyini bildirib.

Dispetçer pilotu yaxınlıqdakı hava limanlarından birinə yönləndirməyə çalışıb. Lakin vəziyyətin kritikləşməsi səbəbindən pilot təyyarəni tərk etmək məcburiyyətində qaldığını və katapult edəcəyini açıqlayıb.

banner

Qəzanın ardınca təyyarənin qalıqlarının aşkarlandığı ərazinin ətrafında təxminən 1 mil, yəni 1,6 kilometr radiusda təxliyə tədbirləri həyata keçirilib.

Əlaqəli Yazılar Xüsusi