Türkiyənin “Turkish Airlines”, “AJet” və “Pegasus” aviaşirkətləri İran istiqamətində uçuşları dayandırıb.
Army.az xəbər verir ki, bu barədə “i24NEWS” məlumat yayıb.
Məlumata görə, “Turkish Airlines” və “AJet”in rəsmi internet saytlarında 2027-ci ilin mart ayına qədər İran istiqamətində hər hansı uçuşa rast gəlinmir. “Pegasus” isə İrana reysləri rezervasiya sistemindən tamamilə çıxarıb.
Qeyd edək ki, ABŞ-ın maliyyə naziri Skott Bessent daha əvvəl aviaşirkətlərin ikinci dərəcəli sanksiyalarla üzləşə biləcəyi barədə xəbərdarlıq etmişdi. O bildirmişdi ki, bu səbəbdən oktyabrın 1-dən etibarən İrandan dünyanın müxtəlif ölkələrinə hava əlaqəsinin dayandırılması gözlənilir.
