40
İran ABŞ-ın hərbi təzyiqi azaltması və ölkənin limanlarına tətbiq olunan blokadanı aradan qaldırması qarşılığında Hörmüz boğazını bir həftə ərzində açmağa hazırdır.
Army.az xəbər verir ki, bu barədə “Reuters” məlumat verib.
Bildirilib ki, Vaşinqton hərbi təzyiqi azaltmaqla yanaşı, İran limanlarına qarşı tətbiq etdiyi blokadanı da dayandırmalıdır. Bu şərtlər yerinə yetirilərsə, Tehran Hörmüz boğazında hərəkətin yeddi gün ərzində bərpa olunmasına imkan verə bilər.