Ev DünyaPaşinyan: Ermənistan Türkiyə ilə sərhədin açılmasını gözləyir

Paşinyan: Ermənistan Türkiyə ilə sərhədin açılmasını gözləyir

by Baş Redaktor
31 Baxış

Ermənistan Türkiyə ilə sərhədin açılmasına və iki ölkə arasında dəmir yolu bağlantısının bərpa edilməsinə böyük önəm verir.

Army.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bu barədə Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində təşkil olunan panel müzakirəsində danışıb.

Paşinyan bildirib ki, hazırda İrəvanın əsas diqqət yetirdiyi məsələlərdən biri TRIPP layihəsinin reallaşdırılmasıdır. Onun sözlərinə görə, layihənin həyata keçirilməsi Ermənistanın 1990-cı illərin əvvəllərindən davam edən nəqliyyat izolyasiyasından çıxmasına imkan verə bilər.

Baş nazir qeyd edib ki, prosesin ilk nəticələrindən biri Ermənistanla Azərbaycan arasında dəmir yolu əlaqəsinin yaradılması olacaq. O, eyni zamanda Türkiyə-Ermənistan sərhədinin açılacağına və iki ölkə arasında dəmir yolu bağlantısının yenidən qurulacağına ümid etdiyini vurğulayıb.

banner

Paşinyanın fikrincə, bu addımlar yalnız regional nəqliyyat imkanlarını genişləndirməyəcək, daha geniş miqyasda Şərqlə Qərb arasında yeni marşrutun formalaşmasına və beynəlxalq logistika sistemində dəyişikliklərə səbəb ola bilər.

Əlaqəli Yazılar Xüsusi