Ev DünyaPaşinyan: “Ermənistan Rusiya ilə münasibətləri dərinləşdirmək istəyir”

Paşinyan: “Ermənistan Rusiya ilə münasibətləri dərinləşdirmək istəyir”

by Baş Redaktor
18 Baxış

Ermənistan Rusiya ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindədir, lakin iki ölkə arasındakı əlaqələrdə müəyyən dəyişikliklər baş verir.

Army.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında sülh əldə olunana qədər İrəvan-Moskva münasibətlərinin əsas hissəsini təhlükəsizlik məsələləri təşkil edib. Paşinyan həmin dövrdə əlaqələrin təxminən 90 faizinin təhlükəsizlik gündəminə yönəldiyini qeyd edib.

Baş nazir bildirib ki, regionda sülhün bərqərar olması ilə Ermənistanın Rusiya ilə münasibətlərinin məzmununda da dəyişikliklər baş verəcək.

banner

Paşinyan əlavə edib ki, İrəvan Moskva ilə əlaqələrin gələcək inkişafına konstruktiv yanaşır və münasibətlərin dərinləşdirilməsində maraqlıdır.

Əlaqəli Yazılar Xüsusi