Ev Dünyaİranla bağlı yeni gediş: Səudiyyə Ərəbistanı və BƏƏ ABŞ-a müraciət edib

İranla bağlı yeni gediş: Səudiyyə Ərəbistanı və BƏƏ ABŞ-a müraciət edib

by Baş Redaktor
19 Baxış

Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin ABŞ administrasiyasına İranla bağlı yeni mövqelərini çatdırdığı bildirilir.

Army.az xəbər verir ki, bu barədə “Wall Street Journal” məlumat yayıb.

Bildirilib ki, Ər-Riyad Vaşinqtondan Tehranın yeni razılaşmaya razılıq verməsinə qədər İrana qarşı dəniz blokadasını davam etdirməsini istəyib.

Qəzetin məlumatına əsasən, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman ABŞ rəsmiləri ilə söhbətində bu mövqeyi ifadə edib. BƏƏ rəsmiləri isə regionda gərginliyin və gəmilərə hücumların artmasını nəzərə alaraq, İranın yaxın vaxtlarda diplomatik müstəviyə qayıdacağına ehtiyatla yanaşıblar.

banner

Eyni zamanda, Qətərin də daxil olduğu bir qrup vasitəçi İran və ABŞ arasında yeni danışıqlar raundunun Oman ərazisində keçirilməsi üçün təşəbbüslər göstərir. Vasitəçilərin əsas məqsədlərindən birinin Hörmüz boğazının yenidən açılması və münaqişənin dayandırılması istiqamətində danışıqların başlanmasına nail olmaq olduğu bildirilir.

Əlaqəli Yazılar Xüsusi