Türkiyənin xarici işlər naziri Hakan Fidan “Məkkə Alyansı” ilə bağlı səsləndirilən tənqidlərə münasibət bildirib və yeni müdafiə birliyini NATO ilə müqayisə edib.
Army.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Fidanın açıqlaması husilərin Səudiyyə Ərəbistanına hücumları fonunda alyansın effektivliyi ilə bağlı müzakirələrin gündəmə gəldiyi bir vaxtda səslənib.
Türkiyəli nazir ABŞ-ın Türkiyədə keçmiş səfiri Ceyms Cefri ilə müzakirə zamanı NATO-nun kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddəsinə diqqət çəkib. Fidan Cefridən həmin maddənin neçə dəfə tətbiq edildiyini soruşub. Keçmiş səfir bunun yalnız bir dəfə baş verdiyini bildirib.
“NATO-nu heç kim kağız pələngi adlandırmır. Amma yeni müdafiə alyansından söhbət gedəndə Yəməndə on il davam edən böhran nümunə göstərilərək onun işləmədiyi deyilir. Biz isə yenicə başlamışıq”, – deyə Fidan bildirib.
