24
İsrailin baş naziri Benyamin Netanyahunun BMT Baş Assambleyasındakı çıxışı zamanı 100-dən çox nümayəndənin iclas zalını tərk etdiyi bildirilir.
Army.az xəbər verir ki, nümayəndələr Netanyahunun çıxışı davam edərkən zalı tərk ediblər.
Etiraz zamanı İsrail nümayəndə heyətinin bəzi üzvlərinin zalı tərk edən nümayəndə heyətlərini izlədiyi və onların kimliyini qeyd etdiyi müşahidə olunub.