Polşa Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raket istehsal edən zavodun öz ərazisində qurulmasını təklif edib.
Army.az xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyinin nümayəndələrinə istinadən məlumat yayıb.
Polşanın müdafiə nazirinin müavini Maqdalena Sobkovyak-Çarnetskayanın sözlərinə görə, zavodun Polşada yerləşdirilməsi ilə bağlı təklif Kiyevə təqdim olunub:
“Bununla zavodun daha təhlükəsiz ərazidə fəaliyyət göstərməsi təmin edilə bilər. Layihənin reallaşması üçün Ukraynanın ABŞ-dan müvafiq lisenziya alması lazımdır. Raketlərin istehsalı ilə bağlı qərarın Ukraynanın maraqlarına zidd olması ehtimalı belə Polşanın mövcud mövqeyini dəyişməyəcək və Varşava öz ərazisini zavodun yaradılması üçün təqdim etməyə hazırdır”.
