Ev TexnologiyaKallas: “Patriot” raket ehtiyatları Ukraynaya təcili ötürülməlidir

Kallas: “Patriot” raket ehtiyatları Ukraynaya təcili ötürülməlidir

by Baş Redaktor
53 Baxış

Avropa İttifaqına üzv ölkələrə ehtiyatlarında olan “Patriot” hava hücumundan müdafiə sistemlərinin raketlərini Ukraynaya təcili şəkildə göndərmək çağırışı edilib.

Army.az xəbər verir ki, bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Aİ ölkələrinin müdafiə nazirlərinin görüşü ərəfəsində açıqlayıb.

Kallas bildirib ki, Ukraynanın hava hücumundan müdafiə sistemlərinə təcili ehtiyacı var:

“Patriot” raketlərinin ehtiyatına malik ölkələr həmin sursatları Kiyevə göndərə, daha sonra isə onların əvəzini yeni istehsal olunacaq raketlərlə bərpa edə bilərlər. Ukraynanın təcili şəkildə hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var. Biz çağırış edirik ki, “Patriot” raket ehtiyatları qalan ölkələr onları təcili Ukraynaya ötürsünlər və sonradan yenidən istehsal olunmuş raketlərlə ehtiyatlarını bərpa etsinlər”.

banner

Əlaqəli Yazılar Xüsusi