Ev Dünyaİran lideri ABŞ qüvvələrini hədələdi: “Tezliklə Ərəbistan dənizi də təmizlənəcək”

İran lideri ABŞ qüvvələrini hədələdi: “Tezliklə Ərəbistan dənizi də təmizlənəcək”

by Baş Redaktor
53 Baxış

İranın Ali rəhbəri Müctəba Xamenei ABŞ qüvvələrinin regiondakı fəaliyyətləri ilə bağlı sərt bəyanatla çıxış edib.

Army.az xəbər verir ki, Xamenei yerli mediada yayımlanan yazılı açıqlamasında İranın yaxın zamanda Ərəbistan dənizində də ABŞ qüvvələrinin mövcudluğuna son qoyacağını bildirib.

Onun sözlərinə görə, əvvəllər İranın cənubundakı iki dəniz ABŞ qüvvələrinin sığınacağı rolunu oynayıb. Lakin hazırda ABŞ qüvvələri Hörmüz boğazında İranın “döyüşçü və keşikçiləri” tərəfindən endirilən zərbələr səbəbindən Ərəbistan dənizindən daha uzağa irəliləyə bilmir.

Xamenei bildirib ki, ABŞ qüvvələri hər dəfə bu istiqamətdə riskə getdikdə bunun nəticəsi onlar üçün itkilərlə nəticələnir:

banner

“Tezliklə Ərəbistan dənizi də onlardan təmizlənəcək”.

Əlaqəli Yazılar Xüsusi